Kamala Harris Qəzza zolağında dərhal atəşkəs əldə etməyə çağırıb

Kamala Harris Qəzza zolağında dərhal atəşkəs əldə etməyə çağırıb

4 Mart 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın vitse-prezidenti Kamala Harris Qəzza zolağında dərhal atəşkəs əldə etməyə və humanitar yardımın həcmini artırmağa çağırıb.

Harris Alabama ştatının Selma şəhərində çıxışı zamanı deyib: "Qəzzada böyük əzab-əziyyət miqyasını nəzərə alaraq, ən azı növbəti altı həftə ərzində dərhal atəşkəsə ehtiyac var və bu, hazırda müzakirə olunur".

Harris həmçinin İsrail hökumətini Qəzza zolağına humanitar yardım axınını artırmağa çağırıb.

"İsrail hökuməti yardım axınını əhəmiyyətli dərəcədə artırmaq üçün daha çox işlər görməlidir.

Həqiqət budur ki, hazırda Qəzzaya gələn yardım kifayət deyil. Günahsız insanların və uşaqların həyatı təhlükədədir", - vitse-prezident əlavə edib.

Oxuməni.az