İsveçrədə keçirilən referendum pensiya yaşının artırılmasını rədd edib

İsveçrədə keçirilən referendum pensiya yaşının artırılmasını rədd edib

4 Mart 12:41
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçrədə iki qanun layihəsi - 13-cü pensiyanın tətbiqi və pensiya yaşının 65-dən 66-ya qaldırılması ilə bağlı referendum keçirilib. Birinci təşəbbüs səs çoxluğu ilə qəbul edilib, ikinci qanun layihəsi isə rədd edilib.

Səsvermənin ilkin nəticələrinə görə, seçicilərin 58,24 faizi 13-cü pensiyanın verilməsinin lehinə, 41,76 faizi əleyhinə səs verib. Seçkilərdə 58,34 faiz iştirak edib. Pensiya yaşının artırılması ilə bağlı qanun layihəsini seçicilərin 25,28 faizi dəstəkləyib, 74,72 faizi isə əleyhinə çıxıb. Səsvermədə seçicilərin 58,1 faizi iştirak edib.

İsveçrədə aylıq dövlət pensiyası 2550 avrodur (2765 dollar). Qəbul edilən qanun layihəsinə əsasən, vətəndaşlara hər il 13-cü pensiya veriləcək. İsveçrə hökuməti referendumdan əvvəl xəbərdarlıq etmişdi ki, bu təşəbbüs büdcəyə çox baha başa gələ bilər. 2022-ci ildə İsveçrədə referendumun nəticələrinə əsasən qadınların pensiya yaşı 64-dən 65-ə qaldırılıb.

Oxuməni.az