Qəzzada ölənlərin sayı 30 min nəfərə çatıb,  yaralıların sayı 70 mini keçib

Qəzzada ölənlərin sayı 30 min nəfərə çatıb, yaralıların sayı 70 mini keçib

4 Mart 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

Qəzza zolağının Səhiyyə Nazirliyi Telegram kanalında ötən ilin oktyabrından bəri Fələstin-İsrail münaqişəsi nəticəsində ölənlərin sayının 30 min nəfərə çatdığını bildirib. Yaralıların sayı 70 mini keçib.

Qəzzadakı xəstəxanada ən azı 15 uşaq qida çatışmazlığı və susuzluqdan ölüb. Təkcə son 24 saat ərzində 90 nəfər həlak olub, daha 177 nəfər yaralanıb. Ölənlərdən bəzilərinin cəsədləri evlərin dağıntıları altında qalıb, onları oradan çıxarmaq hələ ki mümkün deyil.

Martın 1-də Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, avtomobil karvanında humanitar yardım almağa çalışarkən ən azı 115 fələstinli həlak olub, yüzlərlə fələstinli yaralanıb. İsrail rəsmiləri izdihamda qurbanların çoxunun öldüyünü bildirib

Oxuməni.az