Türkiyənin xarici işlər naziri ABŞ-a rəsmi səfərə gedəcək

Türkiyənin xarici işlər naziri ABŞ-a rəsmi səfərə gedəcək

4 Mart 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin xarici işlər naziri Hakan Fidanın bu həftə Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində danışıqlar aparmaq üçün ABŞ-a gedəcəyi gözlənilir.

"Türkiyənin xarici işlər naziri Hakan Fidan bu həftə ABŞ-ın dövlət katibi Antoni Blinkenin dəvəti ilə Türkiyə-ABŞ Strateji Mexanizmi toplantısı keçirmək üçün ABŞ-a səfər etməyi planlaşdırır". Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Anadolu Diplomatik Forumunun bağlanışında çıxış edən Fidan beynəlxalq münasibətlər mövzuları, xüsusilə Qəzza zolağında Fələstin-İsrail münaqişəsi ilə bağlı bir sıra açıqlamalar verib.

Fidan bildirib ki, “Müsəlmanların müqəddəs Ramazan ayı öncəsi Qəzza zolağında atəşkəsə nail olmaq üçün ciddi səylər göstərilir”. Nazirin sözlərinə görə, "Fələstin ərazilərinə humanitar yardımın çatdırılması üçün birtərəfli addımlar üzərində danışıqlar aparılır, çünki beynəlxalq ictimaiyyət bunu etmək üçün bəzi ölkələrdən icazə gözləyə bilməz".

Oxuməni.az