Qəzzadan bütün dünyaya "Ramazan tufanı" çağırışı

Qəzzadan bütün dünyaya "Ramazan tufanı" çağırışı

4 Mart 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Fələstinli fəal qruplar bütün dünyanı “Ramazan tufanı”na qoşulmağa və Ramazan ayında Qəzza xalqına dəstək üçün qlobal nümayişlər təşkil etməyə çağırıb.

Fələstinli fəal qruplar tərəfindən edilən yazılı açıqlamada, dünyada var olan vicdanlı insanlar, Ramazan ayında milli, regional və beynəlxalq səviyyədə ictimai səfərbərliyə qoşulmağa dəvət olunublar.

Açıqlamada Fələstin davasına dəstək verilməsinin, Qəzza xalqına qarşı müharibəsinin dayandırılmasının və İsrailin planlarının qarşısının alınmasının vacibliyi vurğulanıb. “Ramazan tufanı” çərçivəsində hər cür boykotun aktivləşdirilməsi tələb edilib. İsrailə maliyyə axını dayandırılsın, dünya paytaxtlarında tətillər və nümayişlər təşkil edilsin.

Bəyanatda Fələstin xalqının öz müqəddəratını təyin etmək, öz torpaqlarına qayıtmaq və paytaxtı Şərqi Qüds olan müstəqil dövlət qurmaq hüququndan bəhs edilib.

Oxuməni.az