Haitinin paytaxtında yüzlərlə məhbus həbsxanadan qaçıb

Haitinin paytaxtında yüzlərlə məhbus həbsxanadan qaçıb

3 Mart 16:17
Bəyəndim (0) Bəyənmədim (0)

Haitinin paytaxt Port-o-Prensdəki milli həbsxanasından yüzlərlə məhbus qaçıb.
X-də (keçmiş Twitter) bir yazıda Haiti polis birliyi paytaxtda nəqliyyat vasitələrinə və silahlara çıxışı olan bütün polis məmurlarını həbsxanaya nəzarəti saxlamaq üçün mübarizədə kömək etməyə çağırıb.

"Biz həbsxanada döyüşən polislərə kömək edilməsini istəyirik. Əgər quldurların həbsxananı ələ keçirməsinə icazə versək, işimiz bitmiş olur. Paytaxtda heç kimə aman verilməyəcək, çünki hazırda 3000 əlavə quldur fəaliyyət göstərir. Bütün polislərdən, paytaxtdakı bütün hərbçilərdən xahiş edin ki, cəzaçəkmə müəssisəsini xilas etmək üçün birləşsinlər”, - yazıda deyilir.\
Nazon və Krisva hava limanlarını qorumaq üçün çağırışlar da var.

"Birlikdə qalın, birlikdə fəlakətdən qaça bilərik. Heç vaxt unutmayın, özünüzü müdafiə etməyin ən yaxşı yolu hücum etmək və yaxşı hücum etməkdir!" – deyə birlik hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edib.
Port-au-Prinsdəki bir neçə təhlükəsizlik mənbəsi CNN-ə bildirib ki, cümə axşamı başlayan və polis məntəqələrini, beynəlxalq hava limanını və milli həbsxananı hədəf alan zorakılıq son illərdə görünməmiş haldır.

Port-au-Prins həbsxanası dəhşətli, həddindən artıq sıxlıq və antisanitar şəraitə görə tez-tez "yer üzündə cəhənnəm" adlandırılır.

Oxuməni.az