Cənubi Koreya 30 ildə ilk dəfə KXDR ilə birləşmə konsepsiyasını dəyişəcək

Cənubi Koreya 30 ildə ilk dəfə KXDR ilə birləşmə konsepsiyasını dəyişəcək

3 Mart 11:32
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Koreya hakimiyyəti Şimali Koreya ilə birləşmə üçün yeni konsepsiya, o cümlədən ona “liberal demokratiya” müddəası əlavə etməyi planlaşdırır. Bu barədə "Yonhap" agentliyi prezident administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Bu, 1994-cü ildə Cənubi Koreyanın birləşmə siyasətini müəyyən edən sənədə edilən ilk dəyişiklik olacaq.

Administrasiya rəsmisi agentliyə bildirib ki, indiyə qədər rəsmi birləşmə planı olan konsepsiya “indi səy göstərdiyimiz liberal demokratiya fəlsəfəsini ehtiva etmir”.

Rəsmi şəxsin fikrincə, konsepsiyanın yenilənməsi vacibdir. Sənəd hökumətin “liberal demokratiya prinsipləri əsasında birləşmə” planlarını daha dəqiq əks etdirsin ki, bütün koreyalılar da azadlıq və firavanlıqdan bərabər yararlana bilsinlər.

“Cənubi və Şimali Koreyanın bölünməsindən sonra keçən 70 il ərzində fərqli nəticələr əldə etməsi bu iki yoldan hansının düzgün və hamı üçün arzuolunan olduğunu açıq şəkildə göstərir”, - deyə rəsmi əlavə edib.

Oxuməni.az