Türkmənistan öz qazını Türkiyə və Avropaya tədarük edə biləcək

Türkmənistan öz qazını Türkiyə və Avropaya tədarük edə biləcək

3 Mart 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

Türkmənistan öz qazını Türkiyə və Avropaya tədarük edə biləcək. Bu barədə respublikanın keçmiş prezidenti və Xalq Maslaxatının (Xalq Şurasının) sədri Qurbanqulu Berdiməhəmmədov iki ölkə (Türkmənistan-Türkiyə) arasında qaz sazişinin imzalanmasından sonra bildirib, Nikkei Asia xəbər verir.

Bundan əvvəl Berdiməhəmmədov Türkiyəyə səfər edib və nəticədə bir sıra sənədlər, o cümlədən təbii qaz sahəsində tərəfdaşlığın inkişafına dair Qarşılıqlı Əməkdaşlıq Memorandumu imzalanıb.

Müqaviləni imzalayandan sonra Berdiməhəmmədov bildirib ki, Türkmənistandan qaz Türkiyə və Avropaya iki yolla - ya Xəzər dənizi və Azərbaycan vasitəsilə (Aşqabadla Bakı dəniz sərhədi ilə bağlı müqavilə bağlayan kimi), ya da İranın boru kəməri infrastrukturu ilə nəql edilə bilər. O qeyd edib ki, Türkmənistanın Qalkinış yatağında 27 trilyon kubmetr var.

Nikkei Asia ilə söhbətində yüksək rütbəli türkmən rəsmisinin vurğuladığı kimi, Türkmənistan Türkiyə və Avropanı təmin etmək üçün kifayət qədər qaz ehtiyatına malikdir, eyni zamanda Çinə qaz tədarük edir.

Azərbaycanın yüksək rütbəli rəsmisi də sazişi dəstəkləyərək Nikkei Asia-ya bildirib ki, razılıq əldə olunduqdan sonra ölkəsi mövcud boru kəməri infrastrukturu vasitəsilə türkmən qazının Türkiyə və Avropaya tranzitini həyata keçirməyə hazırdır.

Oxuməni.az