Moskva Aleksey Navalnı ilə vidalaşır

Moskva Aleksey Navalnı ilə vidalaşır

1 Mart 16:14
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva rusiyalı müxalifət lideri Aleksey Navalnı ilə vidalaşır. Navalnının cəsədi olan tabut siyasətçinin dəfn mərasiminin keçiriləcəyi Maryinodakı “Kədərlərimi söndür” kilsəsinə gətirilib. Media xəbər verir ki, Navalnının dəfn mərasimi Moskva vaxtı ilə saat 16:00-da Borisov qəbiristanlığında keçiriləcək.

Rusiya Federasiyasının Federal Penitensiar Xidməti Aleksey Navalnının fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndindəki Qütb canavar koloniyasında “öldüyünü” bildirdi. İdarədən bildirilib ki, siyasətçi gəzintidən sonra özünü pis hiss edib və demək olar ki, dərhal huşunu itirib. RT qaynağı ölüm səbəbinin qan laxtasının olduğunu iddia edib. Fevralın 24-ü axşam Navalnının meyiti anasına təhvil verilib.

Oxuməni.az