AP iclasında  Rusiya tərəfindən oğurlanmış Rumıniya xəzinələrinin qaytarılması müzakirə ediləcək

AP iclasında Rusiya tərəfindən oğurlanmış Rumıniya xəzinələrinin qaytarılması müzakirə ediləcək

2 Mart 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Parlamentinin Strasburqda mart ayında keçiriləcək plenar iclasının gündəliyinə Rusiya tərəfindən oğurlanmış Rumıniya xəzinələrinin qaytarılması məsələsi daxildir.
Söhbət Avropa Parlamentinin üzvü Yevgeni Tomağın təşəbbüsü ilə Avropa Parlamentinin üzvlərinin səsvermədə iştirak edəcəyi qətnamə layihəsindən gedir.

Mart plenar iclasının gündəliyinin layihəsinə əsasən, bu məsələ martın 14-də Strasburqda müzakirə olunacaq. Rusiyada qanunsuz saxlanılan Rumıniya xəzinələri məsələsi ilk dəfə Avropa Parlamenti səviyyəsində müzakirə olunub. Mövzu ona görə aktualdır ki, Ukraynanın işğalı başa çatdıqdan sonra Rusiya ilə danışıqlar aparılarsa, Aİ bu qətnamədən istifadə edərək xəzinənin qaytarılması mövzusunu Moskva ilə münasibətlərin gündəminə gətirə bilər.

Tomağ keçən il demişdi ki, “93 tondan çox qızılı ehtiva edən Rumıniya Milli Bankının xəzinəsinə əlavə olaraq, bütün mədəniyyət xəzinəsi də Moskvaya aparılıb”.

“O zaman hökumət bütün monastırları boşaltmaq, bütün ictimai və şəxsi sənət kolleksiyalarını, Rumıniya Akademiyasının kolleksiyalarını, hətta Kraliça Məryəmin daş-qaşlarını, habelə əsas dövlət qurumlarının arxivlərini toplamaq qərarına gəldi. Məktublar, kral möhürləri olan perqamentlər, Neamt monastırından Böyük Stefanın panagiyaları, Koziyadan bir epitaf (1936) və bir çox başqa qədim kitablar, qiymətli rəsmlər , eləcə də Avram İankunun real ölçülü portreti də müsadirə edilib.

Rumıniya xalqının bütün xatirəsi Moskvaya aparıldı. İndi Avropanın təhlükəsizliyinin Rusiya müharibəsi ilə sınaqdan keçirildiyi bir vaxtda Avropa ölkələri müdafiə mexanizmlərini gücləndirməyə və Moskva ilə hazırda dayanmış bütün gələcək qarşılıqlı əlaqələri əsaslı şəkildə yenidən nəzərdən keçirməyə məcburdurlar. Ona görə də mən simpozium zamanı dedim ki, indi Moskvadakı Rumıniya Xəzinədarlığınıi Avropa səviyyəsində tanıtmağın vaxtı çatıb”, - Avropa Parlamentinin deputatı bildirib.

Oxuməni.az