Maduro:  ABŞ Venesuelanı işğal etmək niyyətindədir

Maduro: ABŞ Venesuelanı işğal etmək niyyətindədir

2 Mart 12:38
Bəyəndim (0) Bəyənmədim (0)

Venesuela prezidenti Nikolas Maduro Amerika hakimiyyətinin “zorakılıq dalğası yaratmaq” və ölkəni işğal etmək niyyətində olduğunu iddia edib.
Onun sözlərinə görə, “imperializmə qarşı çıxan bütün hökumətlər” hücuma məruz qalır.

“Dünən bir radio yayımı Venesuelada qarşıdakı günlərdə zorakılıq dalğasından danışdı və iddia etdi ki, ölkəmiz guya artıq idarə oluna bilməz və beş müstəqil respublikaya parçalanır. Radio yayımda qeyd edildi ki, Yardım müqaviləsi və Venesuelaya Dəniz Piyadaları Sürətli Reaksiya Qüvvələri Venesuelanı işğal etməyə hazır olmalıdır”,- deyə, Maduro Karakasda anti-imperialist mitinqdə bildirib.

Maduro deyib ki, Venesuelanı işğal etmək istəyənlərə layiqli cavab veriləcək.

9 dekabr 2023-cü ildə Nikolas Maduro qonşu Qayananın qərb hissəsinin, Essequibo bölgəsinin ölkə tərkibinə daxil edilməsi haqqında fərmanlar imzaladı. Region Guyana-Essequibo adlandırıldı və Venesuelanın 24-cü əyaləti oldu. Dekabrın 24-də Böyük Britaniya bu ölkəyə diplomatik və hərbi dəstək əlaməti olaraq Qayana sahillərinə patrul gəmisinin göndərilməsini elan etdi.

2024-cü ilin yanvarında Pentaqon katibinin köməkçisinin müavini Daniel Erikson Qayanaya səfər etdi və ABŞ-ın ona dəstəyini açıqladı. Fevralın əvvəlində The Wall Street Journal Venesuelanın Qayana ilə sərhəddə hərbi mövcudluğunu artırdığını yazmışdı.

Oxuməni.az