İrakli Kobaxidze: Gürcüstan üçün  ABŞ-la münasibətlərin qurulması son dərəcə vacibdir

İrakli Kobaxidze: Gürcüstan üçün ABŞ-la münasibətlərin qurulması son dərəcə vacibdir

1 Mart 20:28
Bəyəndim (0) Bəyənmədim (0)

Baş nazir İrakli Kobaxidze jurnalistlərə bildirib ki, Gürcüstan üçün Çinlə olduğu kimi ABŞ-la münasibətlərin qurulması son dərəcə vacibdir.

“Birləşmiş Ştatlar Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq etsəydi, çox yaxşı olardı, xüsusən belə bir qərar miqrasiya siyasətində heç bir dəyişikliyə səbəb olmayacaq”, - deyə o bildirib.

Baş nazir, həmçinin ABŞ ilə birbaşa hava əlaqələrinin açılmasına, azad ticarət sazişinin imzalanmasına, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə, Amerika investisiyalarının cəlb olunmasına ümid etdiyini bildirib.

“Bütün bu sahələrdə bu gün bizimlə ABŞ arasında vəziyyət praktiki olaraq sıfırdır”, -Kobaxidze deyib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl Tbilisidə Amerika səfiri ilə çox “həvəsləndirici” görüş keçirib.

"Səfirin müsbət mesajları olub. Əsas odur ki, bütün bunlar Amerika rəhbərliyinin qərarlarına çevrilir", - baş nazir bildirib.

Oxuməni.az