Finlandiya  ABŞ-dan 96 milyon dollar dəyərində aviabombalar alacaq

Finlandiya ABŞ-dan 96 milyon dollar dəyərində aviabombalar alacaq

1 Mart 19:25
Bəyəndim (0) Bəyənmədim (0)

Finlandiya Müdafiə Nazirliyi martın 1-də cümə günü elan edib ki, o, ABŞ-la F-35 çoxməqsədli döyüş təyyarələri üçün JDAM və SDB-I hava bombalarının tədarükü üçün müqavilə imzalayıb, müqavilənin məbləği 96 milyon dollardan çoxdur.

"Müqavilə 2024-2030-cu illər üçün JDAM və SDB-I bomba sistemlərinin, avadanlıqlarının və xidmətlərinin tədarükünü nəzərdə tutur",- deyə nazirliyin saytında bildirilir.

Finlandiyanın müdafiə naziri Antti Hakkanen müqaviləni şərh edib: "Bu satınalmalarla biz milli təhlükəsizlik ehtiyacları üçün kritik silahları əlavə edəcəyik".

Finlandiya həmçinin istehsalçı və təchizatçıdan BRU-61 buraxılış qurğuları, təlim materialları, ehtiyat hissələri alacaq, təlim və dəstək xidmətləri üçün ödəniş edəcək. Çatdırılmalar bu il başlayacaq və 2030-cu ilə qədər davam edəcək.

Oxuməni.az