Almaniyada bir əsgər 4 nəfəri güllələyib

Almaniyada bir əsgər 4 nəfəri güllələyib

1 Mart 18:27
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın şimalında Bundesverin şəxsi heyəti 4 nəfəri güllələyib. Bu barədə “Bild” martın 1-də yazır.

Evdə biri uşaq olmaqla dörd nəfər güllələnib. Polis hadisənin ailə münaqişəsi zəminində baş verdiyini bildirib. Hadisə yerinə onlarla təhlükəsizlik qüvvələrinin gəldiyi və cinayətkarıın həbs edildiyi bildirilir. Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış aparır, Cinayətkarın avtomobilində döyüş sursatı və partlayıcı maddələrin olduğu güman edilir.

Bundan əvvəl, keçən ilin iyulunda Almaniyada bir nəfər iki evə soxularaq orada üç nəfəri güllələyərək öldürmüşdü. Daha üç nəfər yaralanıb. Həlak olanlar 49 və 72 yaşlı iki qadın və 52 yaşlı kişidir. Şübhəli həbs edilib.

Oxuməni.az