ABŞ BMT Təhlükəsizlik Şurasının İsraili  qınayan bəyanatını bloklayıb

ABŞ BMT Təhlükəsizlik Şurasının İsraili qınayan bəyanatını bloklayıb

1 Mart 14:47
Bəyəndim (0) Bəyənmədim (0)

Ərəb ölkələri BMT Təhlükəsizlik Şurasının Qəzza şəhəri yaxınlığında ərzaq və digər humanitar yardımların çatdırılmasını gözləyən insanların ölümündə İsrail hərbçilərini günahlandıran bəyanatına görə dəstək ala bilməyib, "Times of Israel" xəbər verir.

Fələstinin BMT-dəki səfiri Riyad Mənsurun Təhlükəsizlik Şurasının təcili qapalı iclasından sonra jurnalistlərə verdiyi məlumata görə, şuranın 15 üzvündən 14-ü Əlcəzairin irəli sürdüyü bəyanatı dəstəkləyib. Yalnız ABŞ buna qarşı çıxıb.

Mənsur həmçinin bildirib ki, İsrailin zərbələri nəticəsində ölənlərin sayı 104-dən 122-yə yüksəlib.

Öz növbəsində ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud deyib: “Bizdə bütün faktlar yoxdur – problem budur”.

Onun sözlərinə görə, ziddiyyətli məlumatlar var və Birləşmiş Ştatlar bütün faktları, o cümlədən “ölümlərlə bağlı məlumatları toplamağa çalışır.

Daha əvvəl Qəzza zolağında humanitar yardım növbəsində ən azı 104 fələstinlinin öldüyü bildirilmişdi. İsrail ölümlərin izdiham nəticəsində baş verdiyini iddia edir; Fələstin tibb xidmətləri İsrail ordusunu günahlandırır.

Həkimlər ölənlərin və yaralananların İsrail Müdafiə Qüvvələrinin (IDF) həyata keçirdiyi zərbələr nəticəsində baş verdiyini bildiriblər. Eyni zamanda İDF ölənlərin və yaralananların izdiham nəticəsində baş verdiyini bildirib.

Oxuməni.az