Bayden dondurulmuş Rusiya aktivlərindən istifadə planlarında irəliləyiş əldə edilməsini  istəyir

Bayden dondurulmuş Rusiya aktivlərindən istifadə planlarında irəliləyiş əldə edilməsini istəyir

1 Mart 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Co Bayden G7 ölkələrinin 2024-cü ilin iyununda keçiriləcək G7 sammitindən əvvəl Ukraynaya dəstək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə planlarında irəliləyiş əldə etmələrini istəyir. Bu barədə etibarlı mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.

Anonim mənbənin sözlərinə görə, ABŞ prezidenti dondurulmuş aktivlərin Ukraynanın büdcə ehtiyaclarının maliyyələşdirilməsinə, daha sonra isə Ukraynanın yenidən qurulmasına sərf olunmasını istərdi.nanır.

Avropa Mərkəzi Bankı ilə birlikdə indiyədək Rusiyanın aktivlərinin müsadirəsinə gətirib çıxara biləcək istənilən addıma müqavimət göstərən Almaniya və Fransadan fərqli olaraq, Böyük Britaniya və Kanada bu addımın tərəfdarıdır.

Problemlərdən biri odur ki, bu vəsaitlərin böyük əksəriyyəti Avropada, əsasən də Belçikanın Euroclear depozitarındadır və istənilən sövdələşmə bütün G7 ölkələrinin dəstəyini tələb edəcək.

Digər bir problem bütün müttəfiqlərin qanuni olaraq qəbul edəcəyi və avro üçün riskləri azaltmağa kömək edəcək variant tapmaqdır.

Oxuməni.az