İranda parlament seçkiləri keçirilir

İranda parlament seçkiləri keçirilir

1 Mart 12:44
Bəyəndim (0) Bəyənmədim (0)

İranda yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 08:30) bütün əyalətlərdə Ekspertlər Şurasına və Məclisə (birpalatalı parlament) seçkilərdə səsvermə üçün məntəqələr açılıb.

İran Seçki Qərargahının məlumatına görə, onlar yerli vaxtla saat 18:00-a qədər 10 saat işləyəcəklər.

“Bu il 60 milyona yaxın iranlının səsvermə hüququ var və bu hüquqdan istifadə etmək üçün seçici beş şəxsiyyət sənədindən birini təqdim etməlidir”, - İslami bildirib.

Dünya Bankının 2022-ci il məlumatına görə, İranda 88 milyondan çox insan yaşayır.

İranda Ekspertlər Şurasına seçkilər hər 8 ildən bir keçirilir. Bu il Konstitusiyanın Keşikçilər Şurası (ruhanilərin nümayəndələrindən ibarət parlamentdən yuxarı orqan) hər bir namizədin lazımi şərtlərə cavab verib-vermədiyini müəyyən etmək üçün 500-dən çox müraciətə baxıb və yalnız 144 ərizəçinin iştirakına icazə verib. Milli Məclisə seçkilərdə 14 912 namizədin iştirakına icazə verilib ki, bu da ümumi müraciətlərin 73 faizini təşkil edib. Parlamentdə bir yer uğrunda 51 nəfər mübarizə aparır.

Ölkə üzrə 190 min hərbçi və hüquq-mühafizə orqanlarının əməkdaşları seçkilər zamanı təhlükəsizliyi təmin edəcək və ölkənin ucqar bölgələrindən seçki qutularının çatdırılması üçün İran Silahlı Qüvvələrinin helikopterlərindən istifadə olunacaq. Həmçinin, milli təhlükəsizliyi təmin edən bütün xidmətlər, o cümlədən sərhəd təhlükəsizliyi yüksək hazırlıq vəziyyətinə gətiriləcək.

Oxuməni.az

.