Çexiyanın Baş naziri: Avropada heç kim Ukraynaya qoşun yeritmək fikrində deyil

Çexiyanın Baş naziri: Avropada heç kim Ukraynaya qoşun yeritmək fikrində deyil

1 Mart 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Çexiyanın baş naziri Petr Fiala deyib ki, “Avropada heç kim” Ukraynaya qoşun göndərmək fikrində deyil.

Onun sözlərinə görə, Ukraynaya yardımla bağlı bazar ertəsi Paris sammitində qoşunların göndərilməsi məsələsi minimum vaxt aparıb. Məlum olduğu kimi, ideya ilə Fransa prezidenti Emmanuel Makron çıxış edib.

“Məsələn, Fransadan olan bəzi əsgərlər Ukrayna ərazisində olsalar, amma orada döyüşməsələr, təlimlərdə kömək etsələr, faydalı olardı”, - Çexiyanın Baş naziri deyib.

Onun sözlərinə görə, Paris sammitində iştirak edənlərin böyük əksəriyyəti qoşunların göndərilməsi məsələsinin müzakirə olunmayacağı, hətta bundan sonra da nəzərdən keçirilməyəcəyi qənaətinə gəlib.

"Bu mövzu deyil, çünki ölkələrin böyük əksəriyyəti üçün bu ideya qəbuledilməzdir", - Çexiyanın baş naziri vurğulayıb.

Xatırladaq ki, NATO ölkələrinin əksəriyyəti, o cümlədən Almaniya, Britaniya və ABŞ kimi böyük oyunçuların Ukraynaya qoşun göndərilməsini istisna edib.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis çərşənbə günü Makronun başlatdığı müzakirəyə görə minnətdar olduğunu bildirib.

Estoniyanın baş naziri də Makronun Ukraynadakı Qərb qoşunları ilə bağlı ideyasını dəstəkləyib.

Oxuməni.az