Finlandiyanın yeni prezidentinin bu gün inauqurasiya mərasimi keçirəcək

Finlandiyanın yeni prezidentinin bu gün inauqurasiya mərasimi keçirəcək

1 Mart 10:48
Bəyəndim (0) Bəyənmədim (0)

Finlandiyada yeni dövlət başçısı Aleksandr Stubbın andiçmə mərasimi keçiriləcək.
Səhər saatlarında səlahiyyət müddəti başa çatan prezident Sauli Niinistö və altı illik müddətə prezident seçilən Stubb mərasim üçün parlamentə gələcəklər.
Fevralın 11-də keçirilən seçkilərin ikinci turunun nəticələrinə görə, Aleksandr Stubb keçmiş xarici işlər naziri Pekka Haavistoya qalib gəlib. O, ölkə tarixində 13-cü prezident olacaq.
Aleksandr Stubb ölkədə bir sıra vəzifələrində çalışıb. 2008-ci ildə Xarici İşlər Nazirliyinin rəhbəri təyin edildikdən sonra o, özünü NATO-nun fəal tərəfdarı kimi göstərsə də, əhalinin əksəriyyəti isə alyansa üzvlüyün tərəfdarı deyildi. Stubb 2014-2015-ci illərdə Finlandiya Nazirlər Kabinetinə rəhbərlik edib. 2017-ci ildə o, həmişəlik siyasətdən getdiyini açıqlamışdı. Bundan sonra o, bank sektorunda işləmiş, son vaxtlara qədər Florensiyada Universitetində professor vəzifəsində çalışmışdır…

Oxuməni.az