Türkiyə ABŞ-dan F-16 müqavilə layihəsini alıb

Türkiyə ABŞ-dan F-16 müqavilə layihəsini alıb

29 Fevral 16:18
Bəyəndim (0) Bəyənmədim (0)

F-16 döyüş təyyarələri ilə bağlı sövdələşməyə dair layihə təklifi və müvafiq təsdiq məktubları ABŞ-dan Türkiyə Müdafiə Nazirliyinə daxil olub. Bu barədə “TRT Haber” telekanalı mənbələrə istinadən məlumat yayıb.

"Türkiyə Müdafiə Nazirliyi ABŞ-dan 40 yeni F-16 Blok-70 almaq və Hərbi Hava Qüvvələri komandanlığının ehtiyaclarına uyğun olaraq mövcud 79 F-16-nı təkmilləşdirmək tələbimizlə bağlı layihə təklifi və məktub alıb. Layihəyə həmçinin bu təyyarələr üçün döyüş sursatı, material və avadanlıqlar daxildir.. Müvafiq bölmələr təklifi dəyərləndirməyə başlayıb”, - deyə telekanal mənbəyə istinadən xəbər verib.

Müdafiə Nazirliyi onu da qeyd edib ki, əməliyyatın yekun dəyəri layihənin yekunlaşma mərhələsində bəlli olacaq.

Müdafiə Nazirliyindəki mənbə "Eurofighter" qırıcılarının alınması perspektivlərinə də toxunub. Təyyarələri istehsal edən konsorsiuma daxil olan ölkələrlə potensial sövdələşmə müzakirə edilir.

Türkiyə daha əvvəl bildirmişdi ki, Almaniya istisna olmaqla, "Eurofighter" konsorsiumunun bütün iştirakçıları bu qırıcıları Türkiyəyə satmağa razılaşıblar. Almaniya hələlik mövqeyini açıq şəkildə bildirməyib.

Oxuməni.az