Dünyanın ilk uçan sikkəsi buraxıldı

Dünyanın ilk uçan sikkəsi buraxıldı

29 Fevral 15:55
Bəyəndim (0) Bəyənmədim (0)

«UFO MP-1766» dünyada havaya qalxa bilən ilk ödəniş vasitəsidir. Sikkə Polşada Kamerun Milli Bankının sifarişi ilə buraxılıb.

Sikkə uçan nəlbəki ilə oxşarlığına və yadplanetli kosmik gəmi kimi havada yavaş-yavaş fırlanma qabiliyyətinə görə qəribə bir ad alıb. Moya-planeta.ru xəbər verir ki, 1766 rəqəmi Polşa Sikkəxanasının yaranma tarixini bildirir.

«UFO MP-1766» qanuni tender vasitəsi kimi istifadə edilə bilər, baxmayaraq ki, kiçik mühəndislik möcüzəsinin qiyməti, şübhəsiz ki, rəsmi nominal dəyərindən qat-qat yüksəkdir.

Sikkə dünya üzrə cəmi 510 ədədlə məhdudlaşır və ilkin sifariş qiyməti 1000 dollardan çoxdur. Sikkənin prototipi Berlində keçirilən Texniki Forumda təqdim edilib və o, bu ilin yazında satışa çıxarılacaq.

Oxuməni.az