Cənubi Koreyada tətil edən minlərlə həkim hökumətin təhdidinə baxmayaraq işə qayıtmır

Cənubi Koreyada tətil edən minlərlə həkim hökumətin təhdidinə baxmayaraq işə qayıtmır

29 Fevral 14:01
Bəyəndim (0) Bəyənmədim (0)

Seul hökuməti tətildə iştirak edən həkimlərə işə qayıtmaq göstərişi verib və fevralın 29-nu son gün kimi təyin edib. Təlimatda xəbərdarlıq edilib ki, həkimlər bu tarixə qədər göstərişə əməl etməsələr, onların tibbi lisenziyaları dayandırıla bilər.

Cənubi Koreyada minlərlə həkim etirazlarını davam etdirib və hökumətin bu gündən etibarən kütləvi tətillərini dayandırmaq və ya tibbi lisenziyalarının dayandırılması da daxil olmaqla hüquqi tədbirlər görmək hədəsinə baxmayaraq, işə qayıtmaqdan imtina ediblər.

Fevralın 20-də ölkə daxilində minlərlə həkim hökumətin tibb fakültəsi tələbələrinin sayını artırmaq planına etiraz olaraq işini dayandırmağa başlayıb.

Rəsmi məlumatlara görə, kütləvi tətildə bütün ölkə üzrə assistent və intern həkimlərin dörddə üçü iştirak edir.

Cənubi Koreya Səhiyyə Nazirinin müavini Park Min-soo çərşənbə günü tətildə olan 9 mindən çox həkimdən yalnız 294-nün işə qayıtdığını bildirib.

Tətil edən həkimlər bildirirlər ki, hökumət həkimlərin sayını artırmaqdan əvvəl mövcud işçilərin maaşlarını və iş şəraitini yaxşılaşdırmalıdır...

Oxuməni.az