Qəzza zolağında münaqişə tərəfləri tezliklə atəşkəs barədə razılığa gələcəklər

Qəzza zolağında münaqişə tərəfləri tezliklə atəşkəs barədə razılığa gələcəklər

29 Fevral 20:33
Bəyəndim (0) Bəyənmədim (0)

Misir prezidenti Əbdülfəttah əs-Sisi bildirib ki, Qəzza zolağında münaqişə tərəfləri tezliklə atəşkəs barədə razılığa gələcəklər. Bu barədə Shorouk News məlumat yayıb.

“Allah qoysa, bir neçə gün ərzində Qəzzada atəşkəsə nail olacağıq və müxtəlif bölgələrdəki xalqımıza yardım edə biləcəyik”, - deyə əs-Sisi bəyan edib.

O qeyd edib ki, Misir paytaxtı Şərqi Qüds olan Fələstin dövləti qurulana qədər fələstinlilərə dəstəyini davam etdirəcək. Prezident həmçinin vurğulayıb ki, Misir Qəzza zolağı ilə sərhəddəki Rəfah keçid məntəqəsini heç vaxt bağlamayıb və bölgə sakinlərinə hər zaman yardım göstərməyə hazırdır. İsrail hərbi əməliyyatın son mərhələsi də daxil olmaqla, Fələstinli qaçqınları Rəfah vasitəsilə təxliyə etməyi planlaşdırır.

Təxliyə 1 milyon qaçqını əhatə etməlidir və iki həftə ərzində həyata keçirilməlidir İsrail Müdafiə Qüvvələri (İDF) artıq öz planını ölkənin hərbi-siyasi kabinetinə təqdim edib.

Qəzza zolağında atəşkəs razılaşmasının yaxın günlərdə əldə oluna biləcəyi faktını fevralın 26-da ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan açıqlayıb. O, sazişin təfərrüatlarını açıqlamaqdan imtina edib.

Oxuməni.az