Biz onları hər yalnış addımda məsuliyyətə cəlb edəcəyik

Biz onları hər yalnış addımda məsuliyyətə cəlb edəcəyik

29 Fevral 13:50
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) «Boeing Co»-dan tələb edib ki, sistemli keyfiyyətə nəzarət məsələlərini həll etmək üçün 90 gün ərzində hərtərəfli fəaliyyət planı hazırlasın. Bu barədə FAA-nın mətbuat xidməti məlumat yayıb.
FAA komissarı Mike Vhitaker, «Boeing»-in baş direktoru David Calhoun ilə görüşdən sonra deyib: "Boeing real, dərin təkmilləşdirmələr etməyi öhdəsinə götürməlidir. Əsas dəyişikliklərin edilməsi Boeing rəhbərliyindən davamlı səy tələb edəcək və biz onları hər yalnış addımda məsuliyyətə cəlb edəcəyik".
FAA, «Boeing»-in planına istehsal xətlərinin təftişlərinin nəticələrini daxil etməyi gözləyir.
Calhoun bildirib ki, Boeing həm şirkət, həm də müstəqil ekspertlər tərəfindən nəzərdən keçirildikdən sonra "nə edilməli olduğuna dair aydın təsəvvürə malikdir".
Yanvarın əvvəlində Alyaska Hava Yollarına məxsus «Boeing 737-9 MAX» təyyarəsi təxminən 5 km hündürlükdə havada qapısını itirərək Portlend hava limanında təcili eniş edib.
Bunun ardınca FAA «Boeing 737-9 MAX» təyyarələrinin ABŞ hava məkanında müvəqqəti dayandırılması və onların ABŞ aviaşirkətləri tərəfindən istismarı barədə göstəriş verib. FAA-nın qərarı 171 «Boeing» təyyarəsinə təsir edib.
Sonradan məlum oldu ki, FAA «Boeing Co» şirkətinə qadağa qoyub…

Oxuməni.az