Salome Zurabaşvili:  Mixail Saakaşvili  real səbəblərdən həbsdədir

Salome Zurabaşvili: Mixail Saakaşvili real səbəblərdən həbsdədir

29 Fevral 19:31
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstan prezidenti Salome Zurabaşvili bildirib ki, məhbus Mixail Saakaşvilinin əfv edilməsi ilə bağlı qərar dövlət başçısının mənəvi məsuliyyətidir və buna heç kim təsir edə bilməz.

“Mən bu məsələyə münasibət bildirmirəm. Bu, özüm verəcəyim və buna görə özümə cavabdeh olacağım mənəvi bir qərardır. Bu, xarici və ya daxili təzyiqin təsir edə biləcəyi məsələ deyil”, - deyə Zurabişvili bəyan edib.

O, ölkədə azad və ədalətli parlament seçkilərinin keçirilməsinin eks-prezidentin əfv olunub-olunmamasından asılı olmadığını vurğulayıb. Onun sözlərinə görə, Mixail Saakaşvili real səbəblərdən həbsdədir.

“Bu o demək deyil ki, biz humanitar perspektivi nəzərə almamalı və ona hörmət etməməliyik. Həbsxanada onun başına gələnləri çox diqqətlə izləyirdim. Nə etmək olar deyə soruşduqda mən razıyam ki, reputasiya baxımından onun başqa yerdə olması daha yaxşı olardı”, - Gürcüstan Prezidenti qeyd edib.

Zurabişvili həmçinin bildirib ki, “başqa ölkələrin istifadə etdiyi bir çox imkanlar var”. Söhbət ekstradisiyadan və ev dustaqlığından gedir. O, Ukraynanın Saakaşvilini ekstradisiya etməyə hazır olduğunu xatırladıb.

Oxuməni.az