Almaniyada 30 illik axtarışdan sonra terrorçu riyaziyyat müəllimi həbs edilib

Almaniyada 30 illik axtarışdan sonra terrorçu riyaziyyat müəllimi həbs edilib

1 Mart 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyada 30 illik axtarışdan sonra terrorçu riyaziyyat müəllimi həbs edilib.
Daniela Klette Qırmızı Ordu Fraksiyası qrupunun üzvü olub və bir sıra silahlı hücumlarda iştirak edib.
65 yaşlı Klette Berlinin Kreuzberg rayonunda yaşayırdı. Saxlanılan zaman müqavimət göstərməyib. Onun mənzilindən döyüş sursatı və başqa adda verilmiş pasport aşkar edilib. Qadın çörəkpulu qazanmaq üçün özəl riyaziyyat dərsləri verib.

30 ildir davam edən axtarış Klettenin solçu terror təşkilatı Qırmızı Ordu Fraksiyasının (RAF) üzvü olması ilə bağlı olub. O, iki şəriki ilə birlikdə 1990-2016-cı illərdə törədilmiş cinayətlərdə ittiham olunur. Onların arasında: silsilə quldurluq və silahlı hücumlar, eləcə də adam öldürməyə cəhd də var. Klettenin iştirak etdiyi iddia edilən ən məşhur terror hücumu 1993-cü ildə Weiterstadt həbsxanasının partladılması olub.

Oxuməni.az