Argentina prezidenti Ukrayna üçün “Latın Amerikasına dəstək sammiti” keçirməyi planlaşdırır

Argentina prezidenti Ukrayna üçün “Latın Amerikasına dəstək sammiti” keçirməyi planlaşdırır

1 Mart 07:11
Bəyəndim (0) Bəyənmədim (0)

Argentina prezidenti Xavyer Miley bu ilin sonunda Ukraynaya “Latın Amerikasına dəstək sammiti” keçirməyi planlaşdırdığını bildirib. Bu barədə “Financial Times” məlumat yayıb.
Nəşr qeyd edib ki, Mileyin planları onu Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı daha neytral mövqedən çıxış edən braziliyalı Luiz İnasio Lula da Silva və meksikalı Andres Manuel Lopez Obrador kimi digər regional liderlərdən kəskin şəkildə fərqləndirir.

Lakin Miley, ABŞ, bu ayın əvvəlində səfər etdiyi İsrail və Rusiya istehsalı olan iki hərbi helikopter bağışladığı Ukrayna da daxil olmaqla, “azadlığı müdafiə edən ölkələr”lə ittifaqlara üstünlük verdiyini söyləyib.

Ukrayna son vaxtlar Qlobal Cənub ölkələri ilə diplomatik əməkdaşlığı gücləndirib. Söhbət Afrika, Asiya, Yaxın Şərq, Cənubi Amerika, Çin və Hindistandan gedir.

Belə ki, xüsusən də Səudiyyə Ərəbistanında böyük sammit keçirilib və orada Ukraynada sülh məsələləri müzakirə olunub. Rusiya ora dəvət olunmayıb. Ukrayna hakimiyyətinin nümayəndələri 40 ölkədən diplomatların və siyasi müşavirlərin görüşünün irəliləyiş olduğunu vurğulayıblar.

Bundan əvvəl Ukrayna prezidentinin aparatının rəhbərinin müavini İqor Jovkva Argentinanın 2024-cü ilin əvvəlində Latın Amerikası ölkələrinin liderləri ilə Ukrayna üzrə sammitin keçirilməsinə razılıq verdiyini bildirib.

Oxuməni.az