50 minə yaxın Krım tatarı Krımı tərk edib

50 minə yaxın Krım tatarı Krımı tərk edib

1 Mart 07:00
Bəyəndim (0) Bəyənmədim (0)

50 minə yaxın Krım tatarı Krımı tərk etmək məcburiyyətində qalıb. İşğalçılar Rusiya ordusuna səfərbərlik elan etdikdən sonra insanlar yarımadanı fəal şəkildə tərk etməyə başladılar.

Bu barədə RBC-Ukraynaya müsahibəsində Krım Tatar Xalqı Məclisinin rəhbəri Refat Çubarov bildirib.

Onun sözlərinə görə, 2014-cü ilin əvvəlində Rusiyanın işğalına qədər Krımda 300 minə yaxın Krım tatarı yaşayırdı. Bu, yarımadanın ümumi əhalisinin təxminən 13%-ni təşkil edir.

"Təəssüf ki, indi biz 10 illik işğaldan sonra orada nə qədər Krım tatarının olması ilə bağlı dəqiq rəqəm deyə bilmirik. Çoxları məhz təqiblərə görə oranı tərk edib. İnsanlar öz həyatları, övladlarının, yaxınlarının həyatı üçün qorxurlar. Bəziləri də müxtəlif səbəblərdən, sadəcə olaraq, gedə bilmir. Anamın artıq 90 yaşı var. O, Krımdadır, bu illər ərzində onu görmək imkanım olmayıb", - Çubarov deyib.

Məclis sədri əlavə edib ki, Krım tatarlarının ölkədən çıxmasının aktiv mərhələsi 2022-ci ilin sentyabrında işğalçı rejimin səfərbərlik elan etdiyi vaxt olub.

"Kişilər səfərbərlikdən yayınmaq üçün getdilər. Çoxları ailələri ilə, bəziləri isə təkbaşına getdi. Ümumiyyətlə, mən təxmini hesablamalar verə bilərəm: 50 minə qədər insan Krımı tərk etmək məcburiyyətində qalıb", - o deyib.

Oxuməni.az

.