Yeni Zelandiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Yeni Zelandiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

29 Fevral 17:18
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayıb.

“Yeni Zelandiya Rusiyanın daha 61 nəfər fiziki və hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib”, – Peters ölkənin Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda bildirib.

Sanksiya siyahısına Rusiya Federasiyasının 45 fiziki və 16 hüquqi şəxsinin daxil edildiyi vurğulanıb.

Yeni Zelandiyanın Xarici İşlər və Ticarət Nazirliyinin məlumatına görə, ölkə Rusiya mənşəli neftə də qiymət limitləri qoyub.

Yeni Zelandiya həmçinin üçüncü ölkələr vasitəsilə Rusiya və Belarusa malların ixracını qadağan edib.

Oxuməni.az