Trampla  Orban arasında görüş keçiriləcək

Trampla  Orban arasında görüş keçiriləcək

29 Fevral 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Macarıstanın baş naziri Viktor Orbanla Mar-a-Laqo malikanəsində görüşməyi planlaşdırır,bu barədə "The New York Times" (NYT) yazıb. Görüşün martın 8-də baş tutacağı gözlənilir.

"Bloomberg" isə yazır ki, bu, Trampın seçki kampaniyası zamanı ABŞ xarici siyasətinə artan təsirini göstərir. Agentlik xatırladıb ki, keçən həftə Trampın köməkçiləri Argentina prezidenti Xavyer Mili ilə görüşmək üçün danışıqlar aparıblar. Tramp həmçinin respublikaçıları ABŞ-ın Ukraynaya 60 milyard dollarlıq yardım paketi göndərməsinə icazə verən sərhəd təhlükəsizliyi və immiqrasiya ilə bağlı ikitərəfli razılaşmanı ləğv etməyə çağırıb.

Orban isə daha əvvəl bu qərarı “suverenliyin və milli maraqların pozulması” və İsveçin NATO-ya üzvlüyü məsələsi hesab edərək Kiyevə 50 milyard avro ayrılmasına mane olmuşdu. Bloomberg ABŞ-ın müttəfiqləri arasında Vaşinqtonun qlobal təhlükəsizliyə sadiqliyinə inamın azaldığını qeyd edir.

Oxuməni.az