Rusiyadan gələn təhdid və təhlükələr  Gürcüstanın Avropa  yolunu tutmasını qaçılmaz edib

Rusiyadan gələn təhdid və təhlükələr Gürcüstanın Avropa yolunu tutmasını qaçılmaz edib

29 Fevral 14:16
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyada səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, Rusiyadan gələn təhlükə onların Avropa ilə daha sıx inteqrasiya prosesini sürətləndirib.

"Gürcüstanın Avropa ailəsinə tam inteqrasiyası, bunun reallığa çevrilməsi, ölkənin dəyişməsi, postsovet məkanın yenidən bərpa olunmamasından asılıdır. Bu yolda bizim üçün ən böyük təhlükə Rusiyadır", - deyə Zurabişvili bəyan edib

Eyni zamanda, Gürcüstan prezidenti vurğuladı ki, “Avropaya gedən bu yolda ilk növbədə Ukraynaya kömək etmək lazımdır .Əks halda, Gürcüstana kömək etmək mümkün olmayacaq”.

Onun sözlərinə görə, Qərb dövlətləri elə hərəkət etməlidirlər ki, “Rusiya onların zəifliyini hiss etməsin”, çünki imperiyanın yenidən bərpası, qonşu ölkələri işğal etmək “ siyasəti Rusiyanın təbiətindədir” və bu, “sülh və sabitlik gətirmir”.

Oxuməni.az