Fevralın 27-si “Ümumdünya Qütb Ayıları Günü” kimi qeyd olunur

Fevralın 27-si “Ümumdünya Qütb Ayıları Günü” kimi qeyd olunur

27 Fevral 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

Veterinar Əhməd Emre Kütükçü qlobal istiləşmə səbəbiylə buzlaq platformalarının əriməsinin qütb ayılarının ov vərdişlərini dəyişdirdiyini və onların müxtəlif qida mənbələrinə üz tutmasına səbəb olduğunu bildirib.

Şimal qütblərinə yaxın Arktika bölgəsində yaşayan və dünyanın 8 ayı növündən biri olan qütb ayıları qlobal istiləşmə nəticəsində nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlər sırasındadır. Bu vəziyyətlə bağlı maarifləndirmək məqsədilə hər il fevralın 27-si “Ümumdünya Qütb Ayıları Günü” kimi qeyd olunur.

Dünyada təqribən 30 min qütb ayısının olduğunu, ancaq önümüzdəki 30 ildə bu sayın yüzdə 30 azalacağının təxmin edildiyini ifadə edən Kütükçü, iqlim dəyişikliyi səbəbiylə buzlaqların erkən əriməsi və gec əmələ gəlməsinin ən böyük problemlərdən biri olduğunu qeyd edib.

"Qütb ayılarının xüsusilə suitiləri ovlamaq üçün buzlaqlara ehtiyacı var. Bu fürsət azaldıqca və ya yoxa çıxdıqca fərqli qida mənbələrinə müraciət etməli olurlar" deyə Kütükçü bildirib.

Qütb ayılarının qida zəncirinin başında olduğunu xatırladan Kütükçü sözlərini belə davam etdirib:

"Buzlaq ekosisteminin təmin etdiyi qida zənciri var. Yosunlar buzun altında əmələ gəlir. Həmin yosunlarla qidalanan zooplankton daha sonra balıqların yeminə çevrilir. Həmin balıqları suitilər ovlayır. Son nəticədə suitiləri qütb ayıları ovlayır.

Kütükçü, qütb ayılarının qida sıxlığına görə bir hərəkət sahəsi təyin etdiyini və mövsüm fərqlərinə görə yer dəyişdirərək qurudan 100 kilometrə qədər uzaqlaşa bildiklərini, buz platformalarının qütb ayılarına ov üçün çox uyğun bir mühit təqdim etdiyini bildirib. Kifayət qədər buz olmaması onların ov şanslarını azaldır.

Qütb ayılarının yaşayış yerləri müəyyən ölkələrin sərhədlərini əhatə etdiyi üçün beynəlxalq mühafizəyə ehtiyac olduğunu, lakin nəsillərinin davam etməsi üçün təkcə onların yaşayış yerlərini əhatə edən ölkələrin deyil, hər kəsin üzərinə düşəni etməli olduğunu ifadə edən Kütükçü çıxışını belə yekunlaşdırıb:

"Yaratdığımız bütün çirklənmələr sonda çaylara, dənizlərə, okeanlara çatır və bu da sonda qütb ayılarına çatır. Yəni qütb ayılarının 4-5 ölkənin sərhədləri daxilində yaşaması o demək deyil ki, biz onları saxlaya bilərik. Onları yalnız bu 4-5 ölkənin gördüyü tədbirlərlə yaşadırlar. Əslində biz dünya səviyyəsində qorunma təmin edə bilərik".

Oxuməni.az