Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna eləməyib

Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna eləməyib

27 Fevral 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa prezidenti Emmanuel Makron bu məsələdə müttəfiqlər arasında konsensus olmadığını qeyd etsə də, gələcəkdə Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etməyib.

“European Pravda” yazır ki, Makron bunu bazar ertəsi Parisdə Ukraynanın müttəfiqləri ilə danışıqlardan sonra deyib.

Mətbuat konfransında danışan Makron bildirib ki, müttəfiqlər “Rusiyanın bu müharibədə qalib gələ bilməməsi üçün lazım olan hər şeyi edəcəklər”. “Bu məqsədə çatmaq üçün hər şey mümkündür”, o, Ukraynaya veriləcək dəstək formalarından danışaraq əlavə edib.

Bu kontekstdə o qeyd edib ki, gələcəkdə Qərb qoşunlarının Ukraynaya göndərilməsi istisna oluna bilməz, baxmayaraq ki, o vurğulayıb: “Bu gün qoşunların rəsmi, qəbul edilmiş və təsdiqlənmiş göndərilməsi ilə bağlı konsensus yoxdur”.

Makron “strateji qeyri-müəyyənliyi” əsas gətirərək, Fransanın məsələ ilə bağlı mövqeyi barədə daha çox açıqlama verməyəcək.

Müttəfiqlər Ukrayna üçün uzaqmənzilli silahlardan ibarət koalisiya yaradacaqlar
"Bugünkü müzakirələrin qeyri-müəyyənliyini ad çəkməklə aradan qaldırmayacağam. Deyirəm ki, bu məsələ variant kimi qaldırılıb", - o əlavə edib.

Slovakiyanın baş naziri Robert Fiko Qərb dövlətlərinin nümayəndələrinin Parisdə keçirilən görüşü fonunda bildirib ki, NATO və Aİ-yə üzv olan bir neçə ölkə ikitərəfli əsasda Ukraynaya əsgər göndərmək imkanını nəzərdən keçirir.

Oxuməni.az