Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmasını təsdiqləyib

Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmasını təsdiqləyib

27 Fevral 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmasını təsdiqləyib, BBC xəbər verir.

Macarıstan parlamentinin 188 deputatı İsveçin ərizəsinin ratifikasiyasının lehinə, altısı isə əleyhinə səs verib. Səsvermədən sonra İsveçin baş naziri Ulf Kristersson bunu ölkəsi üçün tarixi gün adlandırıb.

“Bu gün tarixi bir gündür. İndi bütün NATO ölkələrinin parlamentləri İsveçin NATO-ya qəbul edilməsinə səs verib. İsveç Avro-Atlantik təhlükəsizliyin təmin edilməsinə öz töhfəsini verməyə hazırdır”, - Ulf Kristersson bildirib.

İki əsrdir hərbi ittifaqlara qoşulmayan İsveç 2022-ci ildə Finlandiya ilə birlikdə NATO-ya üzv olmaq üçün müraciət edib.

NATO üzvlərinin əksəriyyəti hər iki ölkənin alyansa qəbulunu tez bir zamanda ratifikasiya etdi, lakin İsveçi ekstremist hesab etdiyi Kürdüstan Fəhlə Partiyasının üzvlərinə sığınacaq verməkdə ittiham edən Türkiyə bu prosesi ləngitdi. 2024-cü ilin yanvarında Türkiyə parlamenti buna baxmayaraq İsveçin alyansa daxil olması ilə bağlı qanun layihəsini təsdiqlədi.

Macarıstan dəfələrlə İsveçin üzvlüyünə prinsipial olaraq etiraz etmədiyini bildirsə də, qərarın verilməsini təxirə salmağa davam edib.

NATO-nun baş katibi Yens Stoltenberq ölkənin hərbi alyansa daxil olmasının təsdiqini alqışlayıb.

“Mən Macarıstan parlamentinin İsveçin NATO üzvlüyünün ratifikasiyasına səs verməsini alqışlayıram. İndi bütün müttəfiqlər təsdiq etdikdən sonra İsveç NATO-nun 32-ci üzvü olacaq. İsveçin üzvlüyü hamımızı daha güclü və təhlükəsiz edəcək”, – Jens Stoltenberg X-də yazıb.

Oxuməni.az