Asiya filləri mühafizə altına alınır

Asiya filləri mühafizə altına alınır

26 Fevral 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

Banqladeşdə nəsli kəsilməkdə olan vəhşi Asiya filləri məhkəmə qərarı ilə qorunacaq. Fillərin kommersiya məqsədləri üçün və sirklərdə istifadəsinə icazə verən lisenziyalar artıq verilməyəcək.

Banqladeş Ali Məhkəməsi nəsli kəsilməkdə olan Asiya fillərinin icarəyə götürülməsinə icazə verən bütün lisenziyaların dayandırılmasına qərar verib.

Banqladeşdə hazırda cəmi 200-ə yaxın fil qalıb və onların təxminən yarısı icarədədir.

Ölkə Asiya fillərinin əsas evlərindən biri idi, lakin brakonyerlik və yaşayış yerlərinin itirilməsi fillərin sayının nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub.

Banqladeşdəki Heyvanların Müdafiəsi Fondunun prezidenti Rakibul Haque Emil bunun fillərin qorunmasında əlamətdar bir qərar olduğunu söyləyib.

“Filləri öyrətmək adı altında sirklər də daxil olmaqla, özəl lisenziya sahibləri fil balalarını vəhşicəsinə analarından ayırır, aylarla zəncirləyir, sonra onlara fəndlər öyrətmək üçün onlara işgəncə verirlər”- deyə Emil bildirib.

Bu məsələ ötən il küçələrdə dilənçiliyə cəlb edilən bir filin qatarın altında qalması ilə gündəmə gəlmişdi. Bu fillər çox vaxt parlaq rənglərə boyanır və onları əsir götürənlər tərəfindən hiylələr etməyə məcbur edilir…

Oxuməni.az