“Amerikalılar Rifah naminə” (AFP)  Təşkilatı Nikki Heylinin prezidentlik kampaniyasını maliyyələşdirməyi dayandıracaq

“Amerikalılar Rifah naminə” (AFP) Təşkilatı Nikki Heylinin prezidentlik kampaniyasını maliyyələşdirməyi dayandıracaq

26 Fevral 16:18
Bəyəndim (0) Bəyənmədim (0)

Mühafizəkar milyarder Çarlz Koxun dəstəklədiyi “Amerikalılar Rifah naminə” (AFP) Təşkilatı Nikki Heylinin prezidentlik kampaniyasını maliyyələşdirməyi dayandıracaq. Bu barədə qurumun əməkdaşlarına göndərilən daxili qeyddə bildirilir.

Bununla bağlı AFR bəyan edib ki, onların Heyliyə köməyinin prezident seçkilərində qələbə çalmasına təsir etməyəcəyini düşünürlər və bunu nəzərə alaraq ona maliyyə tardımlarını dayandırırlar.

Heylinin kampaniyası köməyə görə AFP-yə təşəkkür edib və onu “azadlıq və mühafizəkar hökumət uğrunda mübarizədə böyük təşkilat və müttəfiq” adlandırıb. “Mübarizəmiz davam edir və yalnız son 24 saat ərzində mühafizəkarlardan 1 milyon dollardan çox vəsait daxil olmaqla, mübarizəni davam etdirmək üçün kifayət qədər vəsaitimiz var. Biz ölkəni xilas etməliyik”, - deyə kampaniyanın sözçüsü Olivia Perez-Kubas CNN-ə bildirib.

Oxuməni.az