Müxalifət hökumətin istefasını tələb edir

Müxalifət hökumətin istefasını tələb edir

26 Fevral 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

Macarıstanın dörd müxalifət partiyası Budapeştdə birgə nümayiş keçirib. Onlar Orbanın müttəfiqi olan prezident Katalina Novakın , pedofillikdə şübhəli bilinən məhkumun əfv olunması ilə bağlı qalmaqala görə vəzifəsindən uzaqlaşdırıldıqdan sonra hökumətin istefasını tələb ediblər.

Onun əfv qərarı Macarıstanda geniş etiraza səbəb olub. Prezident daha sonra televiziya ilə xalqa müraciətində "Mən səhv etdim" deyib.

"Fides hakimiyyətinin son 14 ilinin ən böyük siyasi qalmaqalının ortasındayıq. Bir çox insan qəzəblidir, bunu ötən həftə keçirilən kütləvi etirazlar da sübut edir. Buna baxmayaraq, müxalifət partiyaları parlamentə cəmi bir neçə min nəfəri gətirə biliblər. ."
Bəzi nümayişçilər gənclərin aşağı fəallığından narazıdırlar:
"Bu, həvəsləndirici idi, çox gözəl həmrəylik hissi idi. Amma bu gün gənclərin heç yerdə olmadığına görə çox məyus oldum. Bu, sadəcə, məyusedicidir", - etirazçılardan biri deyib.
Macarıstanda prezident parlament tərəfindən seçilir. Bu məsələ ilə bağlı səsvermənin keçiriləcəyi tarix hələ müəyyən edilməyib. Dövlət başçısının vəzifələrini indi spiker yerinə yetirir

Oxuməni.az