Kayl Parker Ukraynaya  30 min dollar məbləğində razılaşdırılmamış yardıma görə istintaqa cəlb edilib

Kayl Parker Ukraynaya 30 min dollar məbləğində razılaşdırılmamış yardıma görə istintaqa cəlb edilib

27 Fevral 07:06
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Konqresinin yüksək rütbəli məmuru Kayl Parker Ukraynaya tez-tez qeyri-rəsmi səfərlər etməsi və Kiyevə 30 min dollar məbləğində razılaşdırılmamış yardıma görə istintaqa cəlb edilib. Bu barədə "The New York Times" qəzeti ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının məxfi hesabatına istinadən yazır.

Məlumata görə, Parker Ukrayna Silahlı Qüvvələrinə 30 min dollar dəyərində snayper ləvazimatları verib və bu onu qeydiyyatdan keçirməyib. Hesabatda həmçinin bildirilir ki, Parker döyüş bölgəsinə səfərlər zamanı Ukrayna Silahlı Qüvvələrinin kamuflyaj forması və fərqlənmə nişanları geyinib, həmçinin ABŞ konqresmenlərinin etirazlarlarına baxmayaraq ukraynalı məmura ABŞ hökumətinin təqaüdünü verib. ABŞ nümayəndəsi Co Vilson milli təhlükəsizlik səbəbi ilə Kayl Parkerin işdən çıxarılmasını tövsiyə edib. Parker ittihamları rədd edərək, komissiyadan çıxmaq niyyətinin olmadığını deyib.

Oxuməni.az