Braziliya prezidentinin iqamətgahı yaxınlığında naməlum şəxs saxlanılıb

Braziliya prezidentinin iqamətgahı yaxınlığında naməlum şəxs saxlanılıb

26 Fevral 18:27
Bəyəndim (0) Bəyənmədim (0)

Braziliya prezidenti Luiz İnasiu Lula da Silvanın rəsmi iqamətgahı yaxınlığındakı yaşayış kompleksində naməlum kişi görüntülənib.
Braziliyada hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobillə Alvorada prezident sarayının ərazisinə daxil olmaq istəyən şəxsi saxlayıblar. Bu barədə Braziliya Federal Polisinin rəsmi saytında bildirilir.

"Agência Brasil"-in məlumatına görə, hadisə zamanı dövlət başçısı və xanımı Rosangela da Silva iqamətgahda olublar. Dövlətin yüksək vəzifəli şəxslərinin təhlükəsizliyi təhdid edilməyib. Şübhəlinin nəzarət-buraxılış məntəqəsində dayanmaqdan imtina etməsindən sonra həmin şəxsin avtomobili saraya yaxınlaşa bilmədiyindən, avtomobilin təkərləri metal punch qurğusu vasitəsilə deşilib.

Dindirmə zamanı məlum olub ki, Braziliya prezidentinin iqamətgahının ərazisinə soxulmaqda şübhəli bilinən şəxs yaxınlıqda yaşayır və sadəcə olaraq evə gedərkən yanlış yola düşüb.

Oxuməni.az