Netanyahu ABŞ-ı İsrailə kifayət qədər dəstək verməməkdə ittiham edib

Netanyahu ABŞ-ı İsrailə kifayət qədər dəstək verməməkdə ittiham edib

26 Fevral 17:19
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ı ölkəsinə kifayət qədər dəstək verməməkdə ittiham edib. Bu barədə CBS News xəbər verir.

Onun sözlərinə görə, ABŞ vətəndaşları HƏMAS-ın ötən ilin oktyabrında İsrailə qarşı terror hücumuna bənzər hücuma məruz qalsalar, onlar da eyni şeyi edəcəklər.

Netanyahu: "Amerika nə edərdi? İsrailin etdiklərini etməzdiniz? Daha çox şey edərdiniz",- deyib.

Onun sözlərinə görə, HƏMAS-la girovların azad edilməsi üzrə iş davam edir.

"Digər məqsədlərimiz HƏMAS-ı məhv etmək və Qəzza zolağının gələcəkdə İsrail üçün təhlükə yaratmamasını təmin etməkdir. Biz tam qələbə qazanmayana qədər sülhə nail ola bilmərik", - siyasətçi bildirib.

Bu yaxınlarda İsrail HƏMAS girovları Ramazandan əvvəl azad etməsə, Rəfaha hücum edəcəyi ilə hədələyib.

Oxuməni.az