Doğulmamış körpəyə qan köçürülməsi

Doğulmamış körpəyə qan köçürülməsi

26 Fevral 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

İzmirdə daha əvvəl qan uyğunsuzluğu səbəbindən 3 körpəsini itirən qadının hamiləliyinin 28-ci həftəsində bətnindəki körpəyə qan köçürülüb. İzmir Şəhər Xəstəxanasından həkim Atalay Ekin, "Səhvə yer qoymayan bir prosedurdur. Ən kiçik bir prosedur səhvi dölün həyatını itirməsinə səbəb ola bilərdi" deyib.

İzmirin Menemen rayonunda yaşayan Zehra Turan qan uyğunsuzluğu səbəbindən 3 körpəsini itirib. Qan uyğunsuzluğu səbəbindən hər dəfə körpəsini itirən ana 4-cü dəfə hamilə qalıb.

Bu dəfə qan uyğunsuzluğu problemi olduğu üçün hamiləliyinin 28-ci həftəsində İzmir Şəhər Xəstəxanasında anaın bətnindəki körpəyə qan köçürülüb.

Prosedurun yaxşı keçdiyini deyən Zehra Turan, "Həyat yoldaşımla qan uyğunsuzluğu var. Mənim qan hüceyrələrim körpəyə qarşı antikor istehsal edir. İki həftədən bir müayinə ilə 28-ci həftəyə çatdıq və bu dəfə körpədə qan azlığı başladı. Geciksəydik, uşaq məhv ola bilərdi. Qanköçürmə prosesi yaxşı keçdi. Hamiləlik bitənə qədər nəzarətdə olacam".

Ginekologiya və Doğum Klinikasının Perinatologiya şöbəsində ultrasəs nəzarəti altında körpənin ana bətnindən iynə ilə göbək bağına daxil olaraq qan köçürmə əməliyyatı etdiklərini izah edən perinatologiya mütəxəssisi professor Atalay Ekin deyib ki, "Anadan keçən anticisimlər körpədə ağır anemiyaya səbəb olurdu. Bu, döldə ürək çatışmazlığına və onun ölümünə səbəb ola bilərdi. O, əvvəllər ciddi qan uyğunsuzluğu səbəbindən uşaq itkisi yaşamışdı. Biz körpəyə qan köçürmə apardıq. Ağır anemiyanın müalicəsi kimi etdik. Prosedurdan sonra 2-ci gündəyik. Uşaqda ürək çatışmazlığı olsa da, vəziyyəti yaxşıdır”.

Hamiləliyin sonuna qədər eyni əməliyyatı 3 dəfə daha təkrarlaya biləcəklərini ifadə edən həkim bu prosedur sayəsində körpənin itirilməsinin qarşısını alacaqlarına inanır…

Oxuməni.az