Dmitri Kuleba: Ukraynanın “Taurus” qanadlı raketlərinə ehtiyacı var

Dmitri Kuleba: Ukraynanın “Taurus” qanadlı raketlərinə ehtiyacı var

26 Fevral 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

:
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bir daha vurğulayıb ki, ölkəsinin Rusiyadan müdafiəsi üçün “Taurus” qanadlı raketlərinə ehtiyacı var və onun fikrincə, eskalasiya qorxusu əsassızdır.

O, bu barədə RedaktionsNetzwerk Deutschland (RND) nəşrinə müsahibəsində bildirib. Almaniyadakı mübahisələr fonunda Ukrayna bir daha federal hökumətdən “Taurus” qanadlı raketlərini tədarük etməyi xahiş edib.

"Son qərar Almaniyadan asılıdır. Amma mən istəyirəm ki, hamı bilsin ki, bu silahlara ehtiyacımız var", - Kuleba bildirib.

O, qanadlı raketlərin çatdırılmasının Almaniyanı Rusiya ilə müharibəyə sürükləyə biləcəyi ilə bağlı narahatlıqları rədd edib. "Düşünürəm ki, "Leopard" tanklarının ilk təhvil verilməsindən sonra bu qorxu aradan qalxıb. O vaxtdan bəri eskalasiya ilə bağlı arqumentlər müzakirə olunmayıb", - nazir bildirib.

Kuleba Ukrayna hökuməti ilə federal hökumət arasında “Taurus” qanadlı raketlərinin mümkün tədarükü ilə bağlı müzakirələrin davam etdiyini bildirib.

O, cümə axşamı kansler Olaf Şolz hökumətini Ukraynaya əlavə "uzaq mənzilli silah sistemləri" ilə təmin etmək üçün koalisiya səsləri ilə çağıran Bundestaqın qətnaməsini alqışlayıb.

Oxuməni.az