Mart ayında Ukrayna Aİ-dən 4,5 milyard avro alacaq

Mart ayında Ukrayna Aİ-dən 4,5 milyard avro alacaq

26 Fevral 12:14
Bəyəndim (0) Bəyənmədim (0)


Ukrayna martda Avropa İttifaqından 4,5 milyard avro alacaq, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiyevdə Ukraynanın baş naziri Denis Şmıqal ilə görüşdən sonra bildirib.

Onun sözlərinə görə, bu, Avropa İttifaqının 50 milyard avro dəyərində yeni dəstək proqramı çərçivəsində ilk tranş olacaq.

O, səfəri zamanı Ukrayna hakimiyyəti ilə Polşa ilə sərhəddə Ukrayna ixracatının problemlərini və müdafiə sahəsində birgə işi müzakirə edib.

Aİ 2024-cü il fevralın 1-də Brüsseldə keçirilən sammitdə Ukraynaya 50 milyard avro məbləğində uzunmüddətli yardım barədə razılığa gəlib. Yardım paketi dörd il müddətinə nəzərdə tutulub, bura 33 milyard avro kreditlər və 17 milyard avro geri qaytarılmayan qrantlar daxildir. Maliyyə almaq üçün Kiyev demokratik prinsiplərə və insan haqlarına hörmət etməlidir.

Oxuməni.az