Meksikanın San Luis Potosi ştatında baş verən yol qəzasında 10 nəfər ölüb

Meksikanın San Luis Potosi ştatında baş verən yol qəzasında 10 nəfər ölüb

25 Fevral 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

Meksikanın San Luis Potosi ştatında mikroavtobusun qoşqu ilə toqquşması nəticəsində azı 10 nəfər ölüb. Bu barədə bir gün əvvəl, fevralın 24-də Meksikanın “El Universal” qəzeti məlumat yayıb.

Qəzanın şənbə günü səhər saatlarında baş verdiyi, mikroavtobusun qoşquya arxadan çırpıldığı qeyd edilir. Sərnişinləri olan avtomobil dini tədbirdən Monterreydən Rio Verdeyə gedirdi.

“Təcili yardım xidmətlərinin göstərilməsi üçün gələndən sonra bir neçə azyaşlı da daxil olmaqla 10 nəfərin öldüyü təsdiqlənib”, - məlumatda deyilir.

Zərərçəkənlər tibb müəssisələrinə çatdırılıb, bəzilərinin vəziyyəti ağırdır. Yük maşını sürücüsünün də hadisə yerindən qaçdığı bildirilir. Hazırda polis hadisənin səbəblərini araşdırır.

Oxuməni.az