ABŞ və Böyük Britaniya Yəmənə yeni zərbələr endirib

ABŞ və Böyük Britaniya Yəmənə yeni zərbələr endirib

25 Fevral 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ və Böyük Britaniya Yəmənə yeni zərbələr endirib.

ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, zərbələrin hədəfi raketlər, İHA-lar, hava hücumundan müdafiə sistemləri və radarlar da daxil olmaqla silah anbarları olub.

"Britaniya Silahlı Qüvvələri Avstraliya, Bəhreyn, Kanada, Danimarka, Hollandiya və Yeni Zelandiyanın dəstəyi ilə Yəməndə nəzarəti altında olan ərazilərdə husilərin 18 hədəfinə zərbələr endirib. Hədəflər arasında husilərin bölgədəki beynəlxalq ticarət gəmiləri və gəmilərinə hücum etmək üçün istifadə etdiyi ərazilər var”, - CENTCOM-un X-də yayımlanan bəyanatında deyilir.

Komandanlığa görə, zərbələrin hədəfi raketlər, pilotsuz təyyarələr, hava hücumundan müdafiə sistemləri və radarlar da daxil olmaqla silah anbarları olub. Hədəflərdən biri helikopter olub.

Bu həftənin əvvəlində Husilərin lideri Abdel Malek al-Houthi bildirib ki, Britaniya və ABŞ qüvvələri yanvarın 12-dən bəri Yəmənə 278 zərbə endirib.

Oxuməni.az