G7 liderləri: Biz Rusiyanın işğal olunmuş ərazilərdəki psevdoseçkilərini heç vaxt tanımayacağıq

G7 liderləri: Biz Rusiyanın işğal olunmuş ərazilərdəki psevdoseçkilərini heç vaxt tanımayacağıq

25 Fevral 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 24-də keçirilən sammitdən sonra G7-yə üzv ölkələrin liderləri Rusiyanın işğal olunmuş Ukrayna ərazilərində təşkil etdiyi qondarma seçkilərin nəticələrini heç vaxt tanımayacağına söz veriblər.

Bu barədə “ G7 liderlərinin birgə bəyanatında deyilir.

Bəyanatı imzalayanlar bir daha Rusiyanı “qeyri-qanuni müharibəni dərhal dayandırmağa və silahlı qüvvələrini Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisindən tamamilə və qeyd-şərtsiz çıxarmağa, həmçinin digər ölkələri “Rusiyanın gücdən istifadə etməklə ərazi işğalı cəhdlərinə haqq qazandırmamağa” çağırıblar”.

“Biz Rusiyanın Ukrayna ərazisində keçirdiyi həm keçmiş, həm də gələcək qondarma “seçkiləri” və onların nəticələrini heç vaxt tanımayacağıq. Rusiyanın Ukraynanın vilayətlərində prezident seçkiləri ilə bağlı səsvermə keçirmək niyyətində olduğunu açıqlamasını rədd edirik və heç vaxt bu seçkilərin nəticələrini tanımayacaq” – G7 liderləri vurğulayıblar.

Onlar həmçinin Rusiya Federasiyasının və onun vətəndaşlarının Ukraynaya qarşı cinayətlərə görə, o cümlədən xüsusi tribunal vasitəsilə məsuliyyətə cəlb edilməsi, Rusiya tərəfindən qanunsuz olaraq saxlanılan mülki şəxslərin və hərbi əsirlərin azad edilməsi üçün səy göstərəcəklərini vəd edirlər.

"Biz ukraynalı köçkünləri və qaçqınları dəstəkləməyə və ehtiyacı olanları müdafiə etməyə davam edəcəyik", - G7 ölkələrinin başçıları əlavə ediblər.

Sammitdən sonra G7 liderləri Ukraynanın “təcili maliyyə ehtiyaclarının” ödənilməsinə kömək edəcəklərini və həmçinin onun müharibədən sonrakı bərpasında iştirak edəcəklərini vəd ediblər.

Oxuməni.az