Ağ Ev Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsini istəyir

Ağ Ev Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsini istəyir

24 Fevral 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Vaşinqton administrasiyası ABŞ və müttəfiqlərinin Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsində və onlardan Ukraynanın maraqlarına uyğun istifadəsində kollektiv şəkildə hərəkət etmələrini təmin etməyə çalışır. Məsələnin müzakirəsi davam edir. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar “tərəfdaşları və müttəfiqləri ilə Rusiyanın təcavüzünü ən yaxşı şəkildə necə dayandırmağı və Rusiyanın Ukraynaya dəymiş ziyanı ödəməsini təmin etməyi müzakirə etməyə davam edir”.

"Bloklanmış suveren aktivlərin əhəmiyyətli bir hissəsi Birləşmiş Ştatlarda olmadığı üçün bir daha təkrar edirəm ki, bizim xarici tərəfdaşlarımızla tədbir görməyimiz kritik dərəcədə vacibdir. İndi diqqətimizi məhz buna yönəldirik", - deyə Kirbi əlavə edib.

MTŞ rəsmisi etiraf etdi ki, ABŞ hakimiyyəti bu cür addımlar üçün “əlavə hüquqi səlahiyyətə” ehtiyac duyur. Kirbinin sözlərinə görə, administrasiya bununla bağlı qanun layihələrinin hazırlanması və təsdiqi ilə bağlı qanunvericilərlə “əlaqə saxlamağa davam edir”.

"Konqresdə bununla bağlı bir sıra qanun layihələri üzərində iş gedir. Biz bunu diqqətlə izləyirik", - Ağ Ev sözçüsü bildirib.

Oxuməni.az