Çubut əyalətinin qubernatoru İqnasio Torres Argentina prezidentini iğtişaşla hədələyib

Çubut əyalətinin qubernatoru İqnasio Torres Argentina prezidentini iğtişaşla hədələyib

24 Fevral 16:19
Bəyəndim (0) Bəyənmədim (0)

Argentinanın Çubut əyalətinin qubernatoru İqnasio Torres X sosial şəbəkəsində regionun tələb olunan vergi gəlirlərini əldə etmədiyi təqdirdə ölkənin federal hökumətini neft və qaz tədarükünü dayandıracağı ilə hədələyib.

Torresin sözlərinə görə, fevral ayında prezident Javier Mileyin milli hökuməti Çubutun aylıq vergi yığımlarının üçdə birindən çox olan 13,5 milyon dolları "qanunsuz olaraq saxladı".

O vurğuladı ki, əyalətlər hörmətə layiqdirlər və prezident onları hdövlət vəsaitinin ayrılmaması ilə şantaj edə bilməz”.

"Əgər vəsait Çubuta köçürülməsə, əyalət üsyan edəcək və mərkəzi hökuməti enerji resursları ilətəmin etməyəcək", - deyə Torres xəbərdarlıq edib.

İl ərzində Argentinada qiymətlər 254,2 faiz artıb. Ölkə inflyasiya səviyyəsinə görə dünya liderləri siyahısında Venesuelanı geridə qoyub. Yeni hakimiyyət milli valyutanı devalvasiya etdi, bundan sonra dollar 365 yox, 800 pesoyadək bahalaşmağa başladı.

Oxuməni.az