İkinci Dünya Müharibəsindən qalma partlamamış bomba tapılıb

İkinci Dünya Müharibəsindən qalma partlamamış bomba tapılıb

24 Fevral 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərənin cənubundakı Plimut liman şəhərində yerləşən İkinci Dünya Müharibəsindən qalma partlamamış bomba təhlükəsiz şəkildə zərərsizləşdirilməsi üçün dənizə aparılıb.

Verilən xəbərlərə görə, 1940-cı ilin iyulunda Alman bombardmançılarının hədəfinə çevrilən Plimut şəhərində bir bağçada tapılan 500 kiloqramlıq bombanın təhlükəsiz şəkildə dənizdə partladıldığı deyilir.

Açıqlamada polisin iştirak etdiyi əməliyyatın uğurla keçdiyi və bombanın ərazidən uzaqlaşdırıldığı barədə məlumat verildiyi qeyd edilib. Həmçinin təhlükəsizlik kordonunun götürüldüyü və təxliyə edilən sakinlərə evlərinə qayıda biləcəkləri bildirilib.

Oxuməni.az