Ermənistanın baş naziri Ukraynadakı müharibəni Alma-Ata bəyannaməsinin pozulması adlandırıb

Ermənistanın baş naziri Ukraynadakı müharibəni Alma-Ata bəyannaməsinin pozulması adlandırıb

24 Fevral 13:32
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada baş verənlər Alma-Ata bəyannaməsinin pozulmasıdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində Ukraynadakı müharibəni yalnız Rusiya tərəfi hesab edirmi sualına cavab verərkən deyib.

“Mən dedim ki, Alma-Ata Bəyannaməsi bizim üçün çox vacibdir. Alma-Ata Bəyannaməsi nədən bəhs edir? Alma-Ata Bəyannaməsi iki əsas məsələyə toxunur. Eyni zamanda, Alma-Ata Bəyannaməsi Rusiya, Ukrayna və Azərbaycan tərəfindən imzalandı. Yeri gəlmişkən, Alma-Ata Bəyannaməsi Belarus, Rusiya və Ukraynanın imzaladığı Belovejskaya sazişi ilə başladı.

Daha sonra Almatıda keçmiş Sovet İttifaqının doqquz respublikasının qoşulduğu bu müqavilə iki şeyə aiddir: birincisi, Sovet İttifaqı mövcudluğunu dayandırır, ikincisi, onu imzalayan sovet respublikaları ərazi bütövlüyünü və toxunulmazlığını tanıyan müstəqil dövlətlərə çevrilir.

İndi bizim təhlükəsizliyimiz üçün də çox vacib olan Alma-Ata Bəyannaməsinin məntiqinə görə, biz Ukraynada baş verənlərin Alma-Ata Bəyannaməsinin pozulması olduğunu görürük”, – Paşinyan bildirib.

Oxuməni.az